Digər idman növləri
Azərbaycan boksçusu erməni rəqibi üzərində inamlı qələbə qazandı
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində 1-ci Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə