Digər idman növləri
Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçiriləcək
Yanvarın 11-də kişi voleybolçuların Yüksək Liqasında 8-ci tur çərçivəsində iki oyun baş tutacaq.
Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” klubunun idman zalında təşkil olunacaq.
Oyun saat 16:00-da “Neftçi” və MOİK komandaları arasında keçiriləcək.
Turun növbəti qarşılaşmasında isə “Murov Az Terminal” komandası “Azərreyl”lə üz-üzə gələcək. Oyun GİN-nin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.
16:00. “Neftçi” – MOİK
Ünvan: Biləcəri qəsəbəsi. M. Hüseynzadə küç 2. “Murov Az Terminal” VK idman zalı.
18:00. “Murov Az Terminal” – “Azərreyl”
Ünvan: Bakı şəhəri. GİN-nin Voleybol Mərkəzi