Digər idman növləri
“Azərbaycan çempionu olmaq istəyirəm”
“Azərbaycan çempionu olmaq istəyirəm”.
Futbolinfo.az xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Qalen Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Xaçmaz təmsilçisinə yeni transfer olunan 25 yaşlı oyunçu keçidini dəyərləndirib: “NTD-İndiqo”nun bir hissəsi olmaqdan məmnunam. Agentim mənə dedi ki, Azərbaycandan təklif var. Onu qəbul etməyə qərar verdim”.
Basketbolçu yeni komandasına titullar qazanmaqda kömək etmək istədiyini söyləyib: “İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur. Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndiqo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı. Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.
Son olaraq Gürcüstanın “Kavkasia” klubunda çıxış edən Qalen Smit “NTD-İndiqo” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir