Digər idman növləri
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni bir medalla başa vurublar
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan “Böyük Dəbilqə”ni bir medalla başa vurublar.
Futbolinfo.az xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.
100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.
Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.
Qeyd edək ki, Azərbaycan cüdoçularından yalnız Yaşar Nəcəfov (66 kq) medala sahib çıxıb. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü