Milli komanda
Azərbaycan – Fransa oyunu türklərə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununun hakimləri açıqlanıb.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Halis Özkahya olacaq. Ona Kerem Ersoy və Sərkan Olquncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. Matçın hakim-inspektoru rumıniyalı Auqustos Konstantin olacaq.
Sentyabrın 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”