Digər idman növləri
Azərbaycan gimnastları dünya kubokunda mübarizə aparacaqlar
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq dünya kubokunda mübarizə aparacaq.
Futbolinfo.az xəbər verir ki, bu gün startı veriləcək mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.
Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.
Martın 24-dək davam edəcək dünya kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.