Digər idman növləri
Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəli açıqlandı
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqustun 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 780 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
705 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Cüdoçu Zelim Kotsoyev isə 410 xalla üçüncü pillədə qərarlaşıb.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq