Milli komanda
Azərbaycan millisindən BƏƏ üzərində inamlı qələbə
Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşan millimiz 7:3 hesabı ilə qələbə qazanıb.
Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurub.
Millimiz turnirdə növbəti oyununu sabah saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki oyunlarında İrana 1:3, Belarusa 1:5 hesabıyla uduzmuşdu.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq