Digər idman növləri
Azərbaycan millləri Türkiyədə parlaq qələbələr qazanıb
Azərbaycanın qadınlardan ibarət basketbol millləri parlaq qələbələr qazanıb.
Futbolinfo.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.
Azərbaycan (U-18) – “Daçka Şerifalı” U-18 (67:58)
Azərbaycan (U-16) – “Daçka Şerifalı” (U-16) (61:56)
Azərbaycan (U-18) – “Sakarya Asaş” (U-18) (71:68)
Azərbaycan (U-16) – “Sakarya Asaş” (U-16) (83:53)
Azərbaycan (U-18) – “İstanbul Yıldızları” (U-18) (56:53)
Azərbaycan (U-16) – “İstanbul Yıldızları” (U-16) (72:60)