Premyer-liqa
Mövsümün ilk oyununda darmadağın!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, açılış oyunu Bakıda baş tutub.
Çempionatın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. “Dalğa Arena”da keçirilən görüşə saat 20:00-da start verilib.
İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmamışdı. Tərəflərin ilk görüşündə Tovuz təmsilçisi darmadağına sevinib.
Turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları avqustun 5-də, “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qol: Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
Bakı. “Dalğa Arena”.
Araz-Naxçıvan: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruz Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar