Digər idman növləri
Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan qran-prisinin marşal qeydiyyatı proqramına start verib.
Futbolinfo.az xəbər verir ki, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər.
“Formula 1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq.
Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, “Formula 1” üzrə qran-pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə qatılmaq hüququ verəcək.
Azərbaycan qran-prisi sentyabrın 13-15-də baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var