Digər idman növləri
Azərbaycan təmsilçisi avrokubokda növbəti mərhələyə yüksəldi
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub.
Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan debutant bu dəfə də rəqibini məğlub edib. Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib.
Növbəti mərhələdə “Xarı Bülbül” (Şuşa) Yunanıstanın “Panathinaikos” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.
Çelenc kuboku
1/32 final
26 oktyabr
“TJ Spartak” – “Xarı Bülbül” 1:3 (22:25, 25:22, 21:25, 21:25)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı