Digər idman növləri
Azərbaycan yığması Avropa çempionatının finalında
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.
Futbolinfo.az xəbər verir ki, sentyabrın 9-da Azərbaycan komandası yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.
Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan milli ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib.
Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər.
Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar.
Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək.
Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız İspaniya yığmasına 6:5 hesabı ilə qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”