Milli komanda
Azərbaycan yığması Monteneqro ilə iki yoxlama oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Futbolinfo.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq.
Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Ayxan Abbaszadə – Turan Tovuz
2. Teymur Həsənov – Qarabağ
3. Aftandil Arıxov – Sumqayıt
4. Məsud Əlişanlı – EFA
5. Səmid Əhmədov – Qəbələ
6. Məhəmməd İmamaliyev – Neftçi
7. Vüsal Paşayev – Sumqayıt
8. Nadir Orucov – Sumqayıt
9. Rəşad Alışov – Sabah
10. Tuncay Əhmədov – Sabah
11. Əkbər Məhərrəmov – Sabah
12. Ömər Kərimov – Qəbələ
13. Əmir Əliyev – Sabah
14. Emin Feyzullayev – Sabah
15. Anar Hüseynov – Sabah
16. Ziya Şəkərxanov – Qəbələ
17. Şahismayil Cəfərov – EFA
18. Şükür Cəfərli – Sumqayıt
19. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
20. Elvin Qurbanov – Neftçi
21. Amid Qasımov – Qarabağ
22. Həbib Qədimov – Qarabağ
23. Ümid Səlimov – Şamaxı
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq