Digər idman növləri
Azərbaycan yığması üçüncü oyunda məğlub oldu
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.
Görüş yığmamızın məğlubiyyəti ilə bitib – 0:3 (21:25, 14:25, 12:25)
Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.
Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi