Milli komanda
Azərbaycan yığmasının MDB Oyunları üçün yekun heyəti bəlli oldu
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci MDB oyunları üçün yekun heyəti açıqlanıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətə 11 oyunçunun adı daxil edilib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov
Yığmamız A qrupunda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.
Azərbaycan millisinin oyunlarının təqvimi
5 avqust
20:00. Azərbaycan – İran
6 avqust
18:00. Belarus – Azərbaycan
7 avqust
16:30. Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri
MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşəcək. İdmançılar 20 növdə mübarizə aparacaqlar. Birinci MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar