Digər
Azərbaycanda koronavirusa yoluxanların sayı artır
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 41 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 124, ötən müddət ərzində isə ümumilikdə 1 162 062 test aparılıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”