Müsahibə
“Azərbaycandakı futbol məni yaxşı formada təəccübləndirdi”
“Sabah”ın futbolçusu Boyan Letiçin futbolinfo.az-a müsahibəsi
- Qış fasiləsindən sonra 7 matçın 4-də qalib gəlmisiz. Nəticəni necə sayırsan?
- “Sabah” gələndən bu komandanın böyük potensialı olduğunu görmüşdüm. Əlbəttə, qələbələr sevindiricidir. İnanıram ki, birlikdə daha yaxşı nəticələrə imza ata biləcəyik.
- Hazırda avrokuboklar zonasından sizi 5 xal ayırır. Ora yüksələ biləcəksiz?
- Əlbəttə, avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Nə qədər ki, şansımız var, sona kimi mübarizə aparacğıq.
- Qış fasiləsindən sonra Azərbaycana gəlmisiz və burada yenisiz. 3-cü dövrənin yekunundan sonra çempionatı necə dəyərləndirirsiz?
- Gəlməmişdən öncə ölkə, çempionat barədə ümumi məlumat əldə etmişdim. Həm ölkə, həm də çempionat barədə mənə xoş şeylər demişdilər. Gəldikdən sonra gördüklərim deyilənlərin doğru olduğunu göstərdi. Burda gördüklərimdən yaxşı mənada təəccübləndim. Məncə, Azərbaycan Premyer Liqasında maraqlı futbol oynanılır.
- İspaniyada “Mirandes” klubunda oynamısız. Ondan sonra Azərbaycana gəlmisiz. Bu cür liqalarda oynamaq daha çətindir?
- Bəli, İspaniyada yüksək keyfiyyətli futbol oynanılır. Məncə bu barədə xüsusi qeyd etməyə ehtiyac yoxdu. Lakin burda oynanılan futbol da məni yaxşı formada təəccübləndirdi. Uyğunlaşmaqla bağlı heç bir problem yaşamadım. Təbii ki, bunda komanda yoldaşlarımın da böyük rolu oldu.
- Qış fasiləsindən sonra komandaya iki yeni fubolçu gəlib və onlar hər ikisi Ukraynadan gəliblər…
- Hər iki futbolçu ustalıq səviyyəsi yaxşı olan keyfiyyətli oyunçulardı. Fikrimcə, onların komandaya çox xeyri dəyəcək.
AĞA
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı