Digər idman növləri
Azərbaycanın 9 ağırlıqqaldıranı Avropa çempionatında iştirak edəcək
Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq.
Futbolinfo.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq.
İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilər, Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”