Ölkə futbolu
Azərbaycanın minifutbol klublarının rəqibləri bəlli oldu
Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024 avrokubok mövsümünün püşkatma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən “Birbaşa Bakı” C qrupunda “Prestij” (Albaniya), “Volta” (Moldova) və “Maqufana” (Yunanıstan) ilə qarşılaşacaq. “Zirə” isə F qrupunda “Terra Trak” (Bolqarıstan) və “Andezit” ilə münasibətləri aydınlaşdıracaq.
Digər Azərbaycan klubu “Zəngəzur” Avropa Kubokunda çıxış edəcək. A qrupunda rəqiblər “Qalaktiko Vratsa” (Bolqarıstan), TMT (Yunanıstan) və “Veşka Olomuts” (Çexiya) klublarıdır.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib