Milli komanda
“Azərbaycanla ilk görüşdə çətinlik çəkmədik”
“Uğurlu seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalı və keyfiyyətimizi artırmalıyıq”.
Futbolinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Unay Melqosa Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər oyunu barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında 2023-cü ilin noyabrında Mursiyada millimizi 1:0 hesabı ilə məğlub etdikləri matçı da xatırlayıb: “Azərbaycanla ilk görüşdə çalışdıq və çətinlik çəkmədən rəqibə problem yaratmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiə olunacaqlar. Bu üzdən əks-hücumlara hazır idik”.
Baş məşqçi F qrupu çərçivəsində martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə qarşılaşması üçün Bakıya nümayəndə göndərməyəcəklərini sözlərinə əlavə edib: “Həmin vaxt biz Antalyada Mərakeşin U-23 komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Azərbaycan – İngiltərə görüşünə isə televiziya vasitəsilə baxacağıq”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu martın 26-da keçiriləcək. Millimiz həm İngiltərəni, həm də Ukraynanı “Azərsun Arena”da qəbul edəcək. Hazırda qrupda Ukrayna 15 xalla birinci, İngiltərə 12 xalla ikinci pillədədir. Azərbaycan millisi isə keçirdiyi 4 görüşdə 3 xal toplayıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı