Ölkə futbolu
Azərbaycanlı futbolçu turun rəmzi komandasında
“Samtrediya”nın formasını geyinən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatının 6-cı turunun rəmzi komandasında yer alıb.
Futbolinfo.az xəbər verir ki, “Merani” ilə oyunun 54-cü dəqiqədə penaltidən fərqlənən Qurbanov hücumçu kimi fərqləndirilib.
“Samtrediya” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı.
28 yaşlı yarımmüdafiəçi vurduğu qolu əsgər salamı ilə qeyd etmışdi. Bununla o, son günlərdə ermənilərlə döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərini anıb.
6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”