Dünya futbolu
Azərbaycanlı futbolçuların komandası evdə xal itirdi
Latviya çempionatında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Metta” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Futbolçularımızın komandası hazırda 10 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”