Dünya futbolu
Azərbaycanlı futbolçuların komandası evdə xal itirdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Çernomorets “Odessa”sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Rüstəmlə Eldar bu oyunun iştirakçısı olmayıb. Onların adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Yeddi turdan sonra 5 xalı olan “Minay” 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”