Ölkə futbolu
Azərbaycanlı hakimlər Türkiyədə növbəti VAR seminarında
AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.
Futbolinfo.az xəbər verir ki, dekabrın 27-dən 30-dək keçirilmiş seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, Birinci Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının videooperatorları iştirak edib.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin iştirak etdiyi seminar ərzində nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.
Xatırladaq ki, VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar noyabrın 2-dən 4-dək, ikinci seminar isə noyabrın 30-dan dekabrın 2-ə qədər təşkil olunmuşdu.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə