Digər idman növləri
“Azərreyl” amerikalı və rumıniyalı voleybolçularla müqavilə bağladı
Qadın voleybolçulardan ibarət “Azərreyl” heyətinə daha iki legioner qatıb.
Futbolinfo.az xəbər verir ki, “dəmiryolçular” amerikalı Tauri Meji ilə rumıniyalı Ana-Maria Berdilanı transfer ediblər.
Hər iki voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.
Meji ABŞ-ın “Texas Universiteti” komandasından transfer olunub. 186 santimetr boya malik blokçu karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.
177 sm boya malik 30 yaşlı Berdila da karyerasında ilk dəfə ölkə xaricində oynayacaq. O, bunadək ölkəsinin “Qalati”, “Pensilina İaşi”, “Alba-Blaj” və “Ştiinta” komandalarında forma geyinib, 3 dəfə Rumıniya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.
Bununla da “Azərreyl”in rəsmi müqavilə bağladığı voleybolçularının sayı 8-ə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın “sükanı arxasına” gətirilib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib