Digər idman növləri
“Azəryol”la “Bakı” liderliyini qorudu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Həndbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, günün ilk oyununda kişilərdən ibarət U-18 İdman Akademiyası və “Bakı” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş “Bakı”nın qələbəsi ilə nəticələnib – 27:22.
Kişilərin mübarizəsində “Gənclər Birliyi” – “Məhsul” görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 13:12 hesabıyla öndə bitirən “Məhsul” üstünlüyü sonadək qoruya bilməyib. Fasilədən sonra vəziyyəti dəyişməyi bacaran “Gənclər Birliyi” 28:24 hesabı ilə qalib gəlib.
U-16 – “Təhsil” qarşılaşmasında nominal qonaqların imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq. oyun “Təhsil”in qələbəsi ilə yekunlaşıb – 35:33.
Kişilərdən ibarət komandaların çempionatında 8 xalla “Bakı” liderlik edir. U-18 İdman Akademiyası və “Təhsil”in hərəyə 5 xalı var. U-16 3 xalla 4-cüdür. “Gənclər Birliyi”nin 2, “Məhsul”un 1 xalı var.
Qadın həndbolçuların yarışında iki qarşılaşma olub. “Azərsu” – “Qarabağ” matçının ilk hissəsindən təşəbbüsə yiyələnən “Qarabağ” fasiləyədək əldə etdiyi üstünlüyü ikinci hissədə daha da möhkəmləndirərək inamlı qələbə çalıb – 36:10.
“İdman Akademiyası” – “Azəryol” görüşündə də nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un tam üstünlüyü şəraitində keçən oyun 18:43 hesabı ilə başa çatıb.
Qadınların mübarizəsində 3 oyundan 6 xalla “Azəryol” liderdir. “Qarabağ” 4 xalla ikincidir. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 1 xalı var.
Çempionatın aprelin 9-da keçiriləcək növbəti turunda “Məhsul” – “Bakı”, “Qarabağ” – “İdman Akademiyası”, U-18 İdman Akademiyası – “Təhsil”, “Azərsu” – “Azəryol” və “Gənclər Birliyi” – U-16 oyunları olacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var