Ölkə futbolu
“Azarkeşlərimizin yanımızda olması bizim üçün əlavə üstünlükdür”
“Bildiyiniz kimi, yeni mövsüm öncəsi Türkiyənin Ankara bölgəsində təlim-məşq yaxşı toplanış keçmişdik. 2 həftəlik hazırlıq mərhələsindən sonra Serbiyaya yola düşdük. Qarşılaşmadan qabaq məsuliyyəti hiss edirdik. Ümumi götürsək, ilk oyunda səfərdə məğlub olmamaq bizim üçün yaxşı nəticədir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev deyib.
O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə evdə keçirəcəkləri cavab matçından danışıb: “Rəqib evdə oynadığı üçün qarşılaşmaya mütləq qələbə üçün çıxmışdı. Fikrimcə ilk səfər oyunu üçün sərfəli nəticə qazanmışıq. “Çukariçki”nin ilk oyunu da göstərdi ki, mübarizə aparsaq, qələbə bizimlə olacaq. Serbiya təmsilçisi çox yaxşı komandadır, Avropa təcrübələri bizdən çoxdur. Gənclərdən qurulmuş çox yaxşı heyətləri var. Bizi həqiqətən çox çətin cavab oyunu gözləyir”.
Yarımmüdafiəçi uzun müddət sonra azarkeşlər qarşısında oynayacaqları üçün sevindiklərini də dilə gətirib: “Biz hər şeyə hazır olmalıyıq. Uzun fasilədən sonra öz azarkeşlərimiz qarşısında oynayacağıq. Azarkeşlərimizin yanımızda olması bizim üçün əlavə üstünlükdür. Onlar bizim üçün darıxdığı kimi, biz də onlar üçün darıxmışdıq. İnşallah, istədiyimiz nəticəni onların dəstəyi ilə qazanarıq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə