Ölkə futbolu
Bəhlul və Romao
Azərbaycan yığmasının keçmiş müdafiəçisi Aftandil Hacıyev 2023-cü ildə seçilən futbolçuları müəyyən edib. Təcrübəli mütəxəssisin fikrincə, həm yerli, həm də əcnəbi futbolçular arasında ən yaxşılar “Qarabağ”da oynayır.
Hacıyev futbolinfo.az saytına açıqlamasında özü kimi mərkəz müdafiəçisi olan Bəhlul Mustafazadəni fərqləndirib: “Bir çox futbolçunun adını çəkmək olar. Namizədlərin hər biri buna layiqdir. Amma mənim düşüncəmə görə, Bəhlul Mustafazadə həm millidə, həm də klubunda çox yaxşı il keçirdi. İlk növbədə Bəhlulun adını çəkərdim. Emin Mahmudov, Elvin Cəfərquliyev, Toral Bayramov və digər namizədlər də ili yüksək səviyyədə keçirməyi bacardılar”.
Aftandil bəy əcnəbilər arasında Julio Romaonu ən yaxşı sayır: “İlin əcnəbi transferi kimi braziliyalını qeyd edərdim. Bu futbolçu gözləntilərimdən də üst səviyyədə performans göstərdi. Zənnimcə, ən yaxşı transfer kimi Romaonun adını çəkmək olar”.