Müsahibə
Ba rəqiblərin hörmətini qazandıqlarını düşünür: “Təvazökarlığı qorumaq lazımdır”
“Sabah”ın müdafiəçisi Abdullaye Banın futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ” üzərində qələbə qazanmaq üçün çox əziyyət çəkdiz. Elə deyilmi?
– Bizim üçün vacib oyun idi. Doğma azarkeşlərimiz önündə qələbə qazanmaq bizim üçün çox mühüm idi. Matça yaxşı başlamasaq da, sonda lazım olan qolları vurub bu görüşdən 3 xalla ayrılmağı bacardıq. Qalib gəldiyimiz üçün şadam.
– Amma ilk hissədə rəqib sizdən üstün idi…
– Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədə təşəbbüsü rəqibə vermişdik. Bunun da nəticəsində 5-ci dəqiqədə penaltidən buraxdığımız qolla hesabda geri düşdük. Futbolda belə hallar olur. Əsas odur ki, toparlanaraq bu matçdan qələbə ilə ayrılmağı bacardıq. Yavaş-yavaş rəqiblərimizin hörmətini qazanmaqdayıq.
– Uğurlu qrafik cızırsız. Bunun davam etməsi üçün nə lazımdır?
– Hər şey bir gecədə baş vermir. Yavaş-yavaş, səbrlə irəliləmək lazımdır. Biz hazırda bu yoldayıq. Bu cür davam etsək, öz hədəflərimizə çatacağıq.
– “Qəbələ”dən öncə “Neftçi” üzərində qələbə qazanmışdız. Çempionatdakı əsas rəqibinizi iki dəfə məğlub etmək sizi hədəfinizə yaxınlaşdırır?
– Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Hər matç bizim üçün vacibdir. Biz rəqiblərə hər hansı fərq qoymuruq. Həm “Neftçi”, həm də “Qəbələ” ilə oyunlara qələbə üçün çıxmışdıq. Çox şükür ki, hər iki qarşılaşmada öz hədəflərimizə çatdıq. Həyatımda həmişə iddialı olmuşam. İndi də həmçinin. Çox çalışsan, Allah bunun qarşılığını verəcək.
– Amma əsas rəqiblər üzərində qazanılan qələbə daha vacibdir…
– Bayaq da dediyim kimi, matça çıxarkən rəqibin kimliyinə çox da fikir vermirik. Əlbəttə, hər 2 oyunda qələbə qazanmağımız sevindiricidir. Lakin belə məsələlərə köklənmək lazım deyil. Təvazökarlığı qorumaq lazımdır.
– “Səbail” bu mövsüm çempionatın əvvəlində sizdən xal almışdı və növbəti oyununuz onlara qarşıdır. Qələbə qazana biləcəksiz?
– Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Meydana çıxarkən rəqibimizin hansı mövqedə qəralaşmasına fikir vermirik. İstənilən matç çətindir. Hər oyunda qalib gəlmək üçün əziyyət çəkmək lazımdır. Hazırda tam olaraq qarşıdakı matça köklənmişik.
FƏRİD
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı