Bizi izləyin

Ölkə futbolu

Bağlanmış “Rusiya bazarı”: futbolçularımızın qonşudan ayağı kəsilib

blank
blank

Elə ortbabab və ya zəif futbol ölkələri var ki, beynəlxalq aləmdə öz sözünü deyə bilməsə də, qonşusunun hesabına oyunçuları kənara çıxmaq imkanı qazanır. Bu mənada Moldovanı xüsusi qabarda bilərik. Yığma səviyyəsində Azərbaycanla Moldova demək olar ki, eyni çəkidədir. Amma moldovanlar yeri gələndə Rusiyaya, yeri gələndə də Rumıniyaya üz tuturlar. Yəni əsasən bu ölkələrə futbolçu ixrac edirlər.

Geosiyasi baxımdan moldovanlara oxşayırıq. Rusiya bizim üçün nədirsə, Moldova üçün də odur. Və yaxud Türkiyə bizim necə böyük qardaşımız sayılırsa, Rumıniya da Moldova üçün böyük qardaşdır. Ancaq bu iki ölkəyə futbolçu istehsalında biz köhnə ittifaq qonşumuzdan fərqlənirik. Hər halda, onlar kənara daha çox futbolçu çıxarır.

Qəbul etməliyik ki, azərbaycanlı futbolçuların burada şəraitləri yaxşı olduğundan nə Türkiyəyə, nə də Rusiyaya üz tutmağa çox da maraqlı olmayıb. Daha böyük klublar cəlbedici təklif göndərməyib, amma ehtiyac üzündən bu ölkələrə qəpik-quruş qazanmaq üçün yollanan da olmayıb. Moldovada isə vəziyyət fərqlidir. İmkan düşdükcə, daha güclü ölkələrdə oynamaq fürsətini əldən verməyiblər.

Bu iki ölkə futbolunun oxşar cəhətlərindən biri də “Qarabağ”la “Şerif”in öz çempionatlarında eyni statusa malik olmasıdır. Hər iki komanda müntəzəm olaraq avrokubokların, hətta yeri gələndə ÇL-in qrup mərhələsinə vəsiqə qazanır. Təbii ki, belə olan halda, bu iki klubun oyunçularına nəinki Rusiya və yaxın qonşuları, hətta Avropa klubları diqqət ayırır. “Şerif”in ötən mövsüm ÇL-in qrup mərhələsində hoqqa çıxartması heyətinin parçalanması ilə yeklunlaşdı. “Qarabağ” da yavaş-yavaş eyni aqibəti yaşamalı olur. Artıq Kadi Borgesin “Krasnodar”a satılması timsalında bunun şahidi olduq. Kim bilir, gələcəkdə Qurban Qurbanovun komandasından ən azı Rusiyaya daha hansı oyunçular üz tutacaq. Hər halda, “Sabah”ın baş məşqçisi Murad Musayev ölkə mətbuatına açıqlamasında “Kadi “Krasnodar”da özünü sübut etsə, Rusiya klubları Azərbaycan bazarını daha yaxından izləyəcək” deməklə buna işarə etdi.

Əslində, ruslar Azərbaycan bazarı ilə hələ sovet dövründən maraqlanırdı. Təkcə Ələkbər Məmmədov və İsgəndər Cavadovun keçmiş ittifaq dövründə Moskva “Dinamo”sunda oynamalarını xatırlatmaq kifayətdir. SSRİ dağıldıqdan sonra bizim məktəbimizin yetirmələri olan Vəli Qasımovun, Nazim Süleymanovun, Qurban Qurbanovun və digərlərinin Rusiyada top qovması xüsusi vurğulanmalıdır. Vəli 1992-ci ildə “Spartak” və “Dinamo”da keçirdiyi oyunlarla 16 qolla Rusiya çempionatının bombardiri oldusa, Nazim 1995-ci ildə vurduğu qollarla “Alanya”nın Rusiya çempionluğunu qazanmasında böyük pay sahibi oldu.

Hələ Emin Ağayevdən danışmalı olsaq, onun elə ancaq Rusiyada oynadığını və burada karyerasının sonuna qədər 8 klub dəyişdiyini söyləməliyik. Millimizin qapıçısı Dmitri Kramarenkonun karyerasının çox hissəsi Rusiyada keçib. Milliyətcə rus olan Aleksandr Jidkov da Ukrayna, Avstriya və İsraili gəzdikdən sonra 1999-cu ildə “Anji”yə pənah gətirib. Belə oyunçulara qalsa, Lıçkin və Qaysumovun da adını çəkə bilərik.

Yeri gəlmişkən, Tərlan Əhmədovun bir müddət “Terek” və “Fakel”də oynadığını unutmayaq. Arif Əsədovun “Alaniya” və “Tümen”də oynadığını da yada salmaq olar. Ümumiyyətlə, “Anji”də onlarla azərbaycanlı çıxış edib. Stavropolda adından söz etdirən Rasim Abuşov, Aslan Kərimov və başqalarını da unutmamalıyıq.

Ancaq adlarını çəkdiyimiz bu futbolçular Azərbaycan çempionatında futbolunun səviyyəsinə görə yox, sovet futbolunun “şinel”indən çıxdığına görə ruslar tərəfindən diqqət mərkəzinə düşüb. Sovet məktəbinin nümayəndələri karyeralarını bitirdikdən sonra şimal qonşularımız nəzərlərini buradan çəkdilər. Əksinə, Azərbaycandan Rusiyaya diqqət artmağa başladı. Məşqçilər səviyyəsində bura Yuri Syomin, futbolçular arasından Artyom Bezrodnı kimi adlar gəldi. Amma burada özünü göstərib Rusiyaya yollanan oyunçularımız barmaqla sayılacaq qədər az olub.

Həmin oyunçuların siyahısına nəzər salsaq,  bu mənada Ruslan Abışov, Mahir Şükürov və Vaqif Cavadovun adını çəkə bilərik. Əslində, Vaqif Ruslan və Mahirlə müqayisədə ruslara yaxın futbolçu sayılır. Necə ki, Emin Mahmudovla Ramil Şeydayev Rusiya futbol məktəbinin yetirməsi kimi bura gəlibsə, Cavadov da eyni yolun yolçusu olub. Emini “Spartak”, Ramili “Zenit” yetişdiribsə, Vaqif ÇSKA məktəbinin “məzunudur”. Amma Mahmudovla Şeydayev AFFA xəttiylə Avropanı gəzib Azərbaycana gətirildisə, Cavadov öz ayağı ilə vətəninə qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb.

Vaqiflə Şeydayevi birləşdirən bir cəhət var ki, onlar Rusiyadan qopandan sonra yenidən bu ölkəyə qayıtmasıyla diqqət çəkib. Cavadovun “Tvente”də işləri qaydasında getməyəndən sonra “Bakı”ya icarəyə verilib və 2011-ci ildə “Volqa”ya keçib. Bu komandada çıxış edən futbolçumuz keçirdiyi 11 oyunda qol vurmayıb və yenidən Azərbaycana qayıdıb. Ramil Şeydayevin tarixi vətəninə qayıtmasından sonra Rusiyaya üz tutması daha uğurlu olub. Hər halda, Cavadovla müqayisədə. 2018-ci ildə “Krılya Sovetov”la müqavilə imzalayan Ramil bu komandada keçirdiyi 18 oyuna 4 qol vurub, 1 il sonra isə Moskva “Dinamo”suna yollanıb və burada cəmi 9 oyun keçirib.

İndi burada yaxşı oynayıb Rusiyaya keçən iki futbolçumuzdan danışaq. Bəli, söhbət yuxarıda adlarını çəkdiyimiz Mahir Şükürovla Ruslan Abışovdan gedir. Millimizin sabiq sağ cinah müdafiəçisi 2010-cu ildə həmin vaxt “qılıncının həm arxası, həm də qabağı kəsən” “Anji”yə keçir. Şükürov burada 20 oyun keçirir. Qol vura bilməsə də, Mahir məhsuldar ötürmələri ilə yadda qalır. Amma sonradan Azərbaycana qayıdan müdafiəçi açıqlamasında deyirdi: “ Razılaşa bilmədik, yollarımızı ayırmağa qərar verdik. Onlar komandaya ulduz futbolçuları yığırlar. Biz isə hələ ulduz deyilik. Ona görə də “Anji”dən ayrıldım. Artıq Azərbaycandayam. Bundan sonrası inşallah, yaxşı olar”.

Abışov isə 2013-cü ildə Kurban Berdıyevin təşəbbüsü ilə “Rubin”ə yollanır. Amma zədə problemi Abışova Kazan klubunda özünü göstərməyə imkan vermir.  Bu komandada 12 oyunda meydana çıxan Ruslan qol vurmadan, bir il sonra vətənə qayıdır. Daha doğrusu, “Rubin” bir il onu “Qəbələ”yə icarəyə verir, sonra isə bu komandanın tamhüquqlu üzvünə çevrilir.  Beləlilklə də, futbolçularımız Rusiya bir kənara qalsın, Dağıstan və Tatarıstan təmsilçilərində möhkəmlənə bilmirlər.

Sovet futbol məktəbinin yetirməsi olmadan Rusiyaya yola düşən futbolçularımızdan biri də Emin Quliyevdir. 2003-cü ildə “Alaniya”ya yollanan adıçəkilən futbolçu burada 6 oyunda meydana çıxır və ümidləri doğrultmadan geri qayıdır.

Azərbaycanda oynayan legionerlərdən söz düşmüşkən,  Kadi kimi partlayıb şimala üz tutan oyunçunun demək olar ki, olmadığını söyləmək olar. Hə, son vaxtlar yalnız “Neftçi”də Gürcüstan millisinin sabiq yarımmüdafiəçisi Georgi Navalovskinin adını çəkmək olar. O da ki, uzun müddət Rusiyada oynaması səbəbinə görə geri qayıtdı. 2017-ci ildə “Neftçi”də top qovduqdan sonra Georgi I divizion təmsilçisi “SKA Xabarovsk” klubuna keçdi. Amma Rusiya futbolundan xəbəri olmayan və burada özünü sübut edib ora yollanan hansısa legioneri axtarmağa dəyməz.

Görək əcnəbilərdən Borges ilk “qaranquş” kimi Rusiyaya müjdə apara biləcəkmi? Özünü doğrultsa, siyahı arta da bilər. Təbii ki, “Qarabağ” da özünü doğrultmalıdır. Bundan sonra alacağı futbolçular da belə desək, “tutuzdurmalıdır”. Hər nə qədər belə futbolçuların gedişi klublarımız üçün itki sayılsa da, gəlir qazanmaq üçün əla vasitədir. Niderland, Belçika, Şotlandiya, Portuqaliya, hətta yeri gələndə Fransa klubları da bununla dolanır. Hələ biz Şərqi Avropa klublarından danışmırıq. Yaxşı yoldur, davam etdirmək lazımdır. Bununla bəlkə çempionatımızın da çəkisi artar…

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm