AÇ-2024
Bakıda sonuncu dəfə meydana çıxdı, milli karyerasını bitirdi
Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
Darida, AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
Yarımmüdafiəçi Almaniyanın “Herta” klubunda çıxış edir.