Bizi izləyin

Ölkə futbolu

Bakıya “ağ-qara” yürüşü

blank
blank

Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Sabah”la “Neftçi” “ağ-qara” rənglərə malik klublarla qarşılaşacaq. Hər iki klub bizə yaxşı tanışdır desək, yeni bir söz kəşf etmərik. “Partizan” müxtəlif illərdə klublarımızla münasibətlərinə aydınlıq gətiribsə, “Beşiktaş”ı isə belə desək, öz komandalarımız qədər yaxından tanıyırıq. Amma istənilən halda, qısa da olsa, hərəsi haqda müəyyən təsəvvür yaratmağa çalışacağıq.

Əvvəlcə, klublarımızla “Partizan” arasında görüşlərin qısa tarixçəsinə nəzər salaq. “Qəbirqazanlar”la ilk yolumuz 2008/09  mövsümündə ÇL-in təsnifat mərhələsində kəsişib. “İnter” Bakıda bu rəqibi ilə 1:1 hesablı heç-heçə oynayıb, səfərdə isə 0:2 hesabı ilə məğlub olub. 2012/13 mövsümündə “Neftçi” bu komanda ilə AL-in qrup mərhələsində qarşılaşıb – Belqradda hesab açılmayıb, Bakıda isə 1:1 hesabı qeydə alınıb. 2 il sonra yenə “Neftçi” bu komanda ilə Avropa Liqasında qarşılaşıb. Amma bu dəfə təsnifat mərhələsində… Təəssüf ki, təmsilçimiz Serbiyada 2:3, Bakıda isə 1:2 hesabı ilə məğlub olub.

Bəli, 10 ildən sonra Bakıya yenə də “partizanlar” gəlir. Şəxsi oyunlarda heç vaxt üstələyə bilmədiyimiz komandanın öhdəsindən “Sabah” gələ biləcəkmi? İlk oyun Masazırda keçiriləcəyindən, rəqibin qonaq olarkən çıxışlarına nəzər salmaq yerinə düşərdi.

Əslində, “Partizan” da eynilə HJK kimi son vaxtlar avrokuboklarda səfər matçlarında yaxşı təsir bağışlamır. Belqradlılar son 12 oyunda cəmi 3 qələbə qazanıblar, 4 heç-heçə ediblər və 5 dəfə uduzublar. Ancaq bir fərqlə ki, bu 12 görüşün 11-də rəqib qapısına yol tapıblar. “Qara-ağlar” ümumilikdə bu matçlarda 16 qol vurub. Təbii ki, burada “qəbirqazanlar”ın qarşılaşdığı rəqiblərin səviyyəsi də nəzərə alınmalıdır. “Partizan” “Nitsa”, “Feyenoord”, “Gent”, “Soçi” kimi komandaları üstələyə bilməyib.

blank

“Partizan”ın daxili arenada da işləri qaydasında getmir desək, yanılmarıq.  “Ağ-qaralar” son illərdə Serbiyada ikinci plana keçiblər. Belə ki, son 6 mövsümün çempionu onların əzəli rəqibi “Srvena Zvezda” olub. “Partizan” bu müddətdə yalnız iki dəfə ölkə kubokuna sahib çıxıb. “Qəbirqazanlar” 2018-2021-ci illər aralığında “Srvena Zvezda”ya “bata bilməyiblər” və yekunda 14-18 xal geri qalıblar. 2018/19 mövsümündə, ümumiyyətlə, “Partizan” üçün faciə yaşanıb: “qırmızı-ağlar”la 30 xallıq bir fərq! Nəhayət, 2020/21 “futbol ili” “Sabah”ın rəqibinin azarkeşlərinə ümid bəxş edib. Belə ki, “Partizan” həmin mövsüm “Srvena Zvezda” ilə başa-baş rəqabət aparıb və sonda yalnız 2 xal geri qalıb. Ancaq hər şey fiasko ilə nəticələnib. Maliyyə problemləri ilə üzləşən komanda son mövsümdə çempionatda 4-cü yeri tutub və “Srvena Zvezda”nı özündən 26 xal irəli buraxıb!

Artıq qeyd etdiyimiz kimi, maliyyə vəziyyəti stabil olmayan “Partizan” bu yay heyətlə bağlı ciddi itkilərlə üzləşib. Belə ki, komandanın ötən mövsümkü ən yaxşı bombardiri Rikardo Qomeş Qətərin “Əl-Şamal” klubuna keçib. Belqradlılar onun satışından 1,5 milyon avro qazanıblar. Eyni zamanda, “Partizan”ın ən yaxşı müdafiəçisi olan Slobodan Uroşeviç Kipr “Aris”inə yollanıb. Serbiya təmsilçisi vacib futbolçusuna görə cəmi 200 min avro əldə edib. Həmçinin, arxa xəttin digər dayağı sayılan stopper İqor Vuyaçiç 1 milyon avroya “Rubin”ə keçib. Əsas qapıçı Aleksandar Popoviç isə 210 min avroya Slovakiyanın “Dunayska Streda” klubuna satılıb.

Bu üç futbolçunun yaşının 30-dan aşağı və “Transfermarkt” saytına görə ümumi dəyərinin 10 milyon avrodan çox olduğunu nəzərə alsaq, “Partizan”ın uğursuz siyasət yürütdüyünü deyə bilərik. Hə, təbii ki, “Qarabağ”a qayıdan Patrik Andradeni də unuda bilmərik.

Əvəzində “qara-ağlar” 4 futbolçunun heyətinə cəlb olunmasına 2 milyon avro xərcləyiblər. Özü də bu məbləğin böyük hissəsini, daha dəqiq desək, 1,3 milyon avronu yaxşı tanıdığımız futbolçu – icarə əsasında “Neftçi”də çıxış edən hücumçu Mateus Saldanyaya sərf ediblər. “Partizan” məbləğin qalan 700 min avrosunu isə serbiyalı üç oyunçuya xərcləyib. Limassol “Aris”indən qapıçı Aleksandar Yovanoviç (450 min avro), “Ximki”dən sol cinah müdafiəçisi Nikola Antiç (150 min) və “Baçka Topola”dan Arancel Stojkovic (150 min) heyətə cəlb edilib. Daha 5 futbolçu – hücumçular Nemanya Nikoliç və Aldo Kalulu, sol vinger Ksander Severeina, yarımmüdafiəçi Aleksandar Şçekiç və müdafiəçi İqor Tsetoyeviçi azad agent kimi heyətə qatıblar.

“Partizan”ın oyun üslubuna gəlincə, komandada legioner sayı çox olsa da, baş məşqçi İqor Dulyay start heyətində yerli oyunçulara daha çox bel bağlayır. Dulyaydan söz düşmüşkən, 2000-07-ci illərdə Serbiya millisinin yarımmüdafiəçisi olan 43 yaşlı mütəxəssisi yəqin ki, “Şaxtyor”dakı çıxışından yaxşı tanıyırsınız. Dayaq yarımmüdafiəçisi olduğundan Dulyay məşqçi kimi də komandasının əsasən daha yaxşı müdafiə olunmasına diqqət ayırır. Desək ki, bu, onların ifasında tam yaxşı alınır, bir qədər yanlış olardı. Amma meydanın mərkəzində sabiq “Rubin”li Bibars Natxo və seneqallı Frank Kanute ilə Kristian Beliç sayəsində rəqbi mühasirəyə də ala bilirlər.

Hücumda Kuinsi Meniqlə Nemanya Nikoliçdən xüsusi ehtiyatlanmaq lazımdır. Niderlandlı Meniq sol cinahdan cərimə meydançasına ildırım kimi şığaya bilir. Niderland çempionatında bişən daha bir cinah hücumçusu kurasaolu Xander Severina da sağ cinahda təhlükə mənbəyiridr. Təbii ki, “Neftçi”dən qaçan Mateus Saldanyanı da unuda bilmərik. Braziliyalı artıq Serbiya çempionatının ilk turunda ötən mövsümün gümüş mükafatçısı “Baçka Topola” ilə səfər görüşündə fərqlənə bilib.

“Neftçi”nin rəqibi olan “Beşiktaş”dan isə çox danışmağa ehtiyac yoxdur. Ən azı bu komandanı mayın 13-də Bakıda “Sabah”la oyunda gördük və yetərincə də dəyərləndirdik. Elə “Neftçi” də iyulun 15-də Sankt-Peterburqda “Fənərbağça” ilə görüşdə də İstanbul nəhənginə qarşı necə oynaya biləcəyini göstərdi. Təbii ki, “Beşiktaş”ın rəqibi nə “Sabah”dır, nə də “Neftçi” “Fənər”lə qarşılaşacaq. Ən əsası, komandamız artıq rəsmi oyunda gücünü sınamalı olacaq.

Bəs görəsən, “Sabah”la oyundan sonra “Beşiktaş”da nə dəyişib? Əsas buna diqqət ayırsaq, yetərlidir.

“Beşiktaş” ötən mövsümlə müqayisədə bu yay transferlərə təxminən 4 dəfə az pul xərcləyib. Konkret desək, İstanbul klubu 2022/23 mövsümündə futbolçuların cəlb olunmasına 25 milyon 550 min avro ödəmişdisə, indi bu rəqəm qat-qat aşağı – cəmi 6 milyon 250 mindir. Maraqlıdır ki, oyunçuların satışı ilə bağlı eyni tendensiyanı görmək mümkündür. Belə ki, “qara qartal” ötən mövsümdən fərqli, bu yay 4 dəfə az qazanıb. Amma alış ilə müqayisədə buradakı rəqəmlər daha azdır. “Beşiktaş” futbolçuların satışından 2022/23 mövsümündə 10,5 milyon avro, bu yay isə cəmi 2,5 milyon qazanıb.

blank

İndi isə keçək Şenol Günəşin komandasının yeni transferlərinə. Siyahıya baxanda “qara qartal”ın iki əzəli rəqibi – “Qalatasaray” və “Fənərbağça”dan xeyli geri qaldığını görmək mümkündür. Xüsusən də Okan Burukun komandasından. “Beşiktaş” bu yay 1-i yerli, 4-ü isə əcnəbi olmaqla 5 oyunçunu heyətinə qatıb. 6 milyon 250 min avronun 60 faizindən çoxu (4,04 milyon) “Lans”dan dayaq yarımmüdafiəçisi Jan Onananı almaq üçün xərclənib. 2 milyon avro ötən mövsümü İstanbul klubunda keçirən sol cinah müdafiəçisi Artur Masuakunu “Vest Hem”dən birdəfəlik transfer edilməsi üçün xərclənib. Yerdə qalan pul isə “Somaspor”dan sol vinger Emrecan Bulut üçün verilib. Eyni zamanda, “Beşiktaş” azad agent statusunda “Milan”dan vinger Ante Rebiçi, “Lester”dən isə mərkəz müdafiəçisi Daniel Amartini heyətinə qatıb.

Bəs, Bakıda “Beşiktaş”ın qarşısını necə almaq olar? Rəqibin heyətində Vinsen Abubakar və  Cekson Muleka kimi yüksək səviyyəli hücumçuların varlığını nəzərə alsaq, “Neftçi”nini işinin necə çətin olacağını təsəvvür etmək olar. Etiraf edək ki, Mutunun komandasının ən zəif nöqtələri müdafiənin cinahlarıdır. Ömər Buludovla Azər Salahlı ilə bu iş alınmayacaq.  Xüsusən də Ömərin Mulekanı necə saxlayacağı maraq doğurur. Hələ sağ cinahdan Onur Bulutun həmlələrindən də ehtiyatlanmaq lazımdır. Belə məqamda, “Neftçi”nin dayaq yarımmüdafiəçilərinin öhdəsinə ağır yük düşəcək. Eddi İsraflovla Emin Mahmudov, həmçinin Ataa Caberlə Kenni Sayef hücum qədər müdafiəni də düşünməlidir.

“Beşiktaş”ın cinahlarını bağlaya bilsək, bəlkə nəyəsə ümid etmək olar. Çünki Şenol Güneşin komandası “Tirana”nı məhz cinahların fəallığı sayəsində yıxdı. Bir də mümkün qədər Jedson Fernandeslə Salih Uçanın mərkəzdəki pressinqinin öhdəsindən gəlmək lazımdır. Onlarla Abubakar arasında “marşrut yolu”nu bağlaya bilsək, bəlkə nəyəsə ümid etmək olar.

“Beşiktaş”ın hava toplarından da ehtiyatlanmaq lazımdır. Bu mənada Yuri Matiasla Mark Tamaşın üzərinə böyük yük düşəcək. Rəqibi ani şəkildə gözdən qoymaq və ya hava toplarında uduzmaq bütün planların üstündən xətt çəkəcək. “Sabah”la müqayisədə “Neftçi”nin işi daha çətin olacaq. Bizə isə yaxşı nəticəyə ancaq ümid etmək qalır…

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm