Dünya futbolu
“Barselona” ÇL-də 20 il idi belə aqibətlə üzləşmirdi
İspaniyanın “Barselona” komandası son 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi qrup mərhələsinin 6-cı turunda Almaniyada “Bayern”ə 0:3 hesabı ilə uduzub.
Bu nəticədən sonra E qrupunda 7 xalla üçüncü olan “Barselona” mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıb.
İspaniya nəhəngi sonuncu dəfə 2000/2001 mövsümündə eyni aqibəti yaşamışdı. “Barselona” həmin vaxt İtaliyanın “Milan”, İngiltərənin “Lids” və Türkiyənin “Beşiktaş” klubunun yer aldığı qrupda üçüncü yeri tutmuşdu.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə