Dünya futbolu
“Barselona” – “Real” matçında yeni dünya rekordu
Qadın futbolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Real” oyunu tarixə düşüb.
Futbolinfo.az xəbər verir ki, “Kamp Nou” stadionundakı “el klasiko”nu 91 min 553 azarkeş izləyib.
Bu isə qadın futbolu tarixində yeni dünya rekordudur. Oyun “Barselona”nın 5:2 hesablı qələbəsi ilə bitib. İlk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən kataloniyalılar yarımfinalda “Arsenal” – “Volfsburq” cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının final matçı mayın 21-də Turində (İtaliya) keçiriləcək. “Barselona” turnirin son qalibidir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq