Digər idman növləri
“Barselona” “Real”ı məğlub etdi
Basketbol üzrə Avroliqa turnirində 18-ci tura yekun vurulub. Təəssüf ki, “Fənərbağça” kimi digər İstanbul klubu “Anadolu Efes” də məğlub olub. Erdem Canın yetirmələri “Valensiya” ilə qarşılaşmadan xalsız ayrılıblar – 93:88. Bu qələbə sayəsində Valensiya təmsilçisi pley-in zonasına daxil olub.
İspaniyanın iki nəhənginin görüşü isə çox maraqlı alınıb. Basketbol “El-klassiko”sunda bu dəfə qələbəni “Barselona” bayram edib. Gərginliyi ilə yadda qalan oyunun qəhrəmanı Yan Veselı olub. Təcrübəli çex basketbolçu 27 xal toplamaqla katalonların qələbəsinə böyük töhfə verib.
Digər İspaniya təmsilçisi “Baskoniya” vacib qarşılaşmada “Panatinaikos”u 75:73 hesabı ilə məğlubiyyətə uğradıb. Turun son oyununda isə “Virtus” evdə “Bayern”dən üstün olub. 85:83. Məğlubiyyətə baxmayaraq, “Real” liderliyini davam etdirir. Sonrakı yerlərdə “Virtus” və “Barselona” qərarlaşıb.
19-cu turun oyunlarına bu gün start veriləcək.