Dünya futbolu
“Barselona”da Koutinyo şoku
“Barselona” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi La Liqanın 16-cı turu çərçivəsində “Eybar”a qarşı keçirilən oyunun 90+2-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Koutinyo 66-cı dəqiqədə Miralem Pyaniçin əvəzinə meydana daxil olmuşdu. 28 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Həkimlərin ilkin rəyinə görə, Koutinyonun sol ayağının meniski zədələnib. Bu, futbolçunun 4 aya yaxın yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilər.
“Barselona” – “Eybar” matçı 1:1 hesabıyla bitib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq