Dünya futbolu
“Barselona”nın prezidentindən Messi açıqlaması
“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, “goal.com”a açıqlama verən Bartomeu, 33 yaşlı argentinalı futbolçunun gələcəyi haqda bunları deyib:
“Ətraflı məlumat vermək istəmirəm, ancaq Messi dəfələrlə karyerasını “Barselona”da bitirəcəyini deyib. Bütün diqqətimizi yarışlara yönəltmişik və futbolçularla da danışıqlar aparırıq. Messi davam etmək istəyir və karyerasını da burda sonlandırmaq niyyətindədir. Onun daha çox vaxtı var və biz bundan uzun illər zövq alacağıq”.
Argentina mətbuatı Messinin “Barselona”dan ayrılmaq istədiyini iddia edir. Messinin klubla müqaviləsi 2021-ci ilin yayına qədərdir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq