Ölkə futbolu
Baş məşqçisi Dadaşovdan razıdır
Almaniyanın Şimal-Şərqi Regional Liqasında çıxış edən Berlin “Dinamo”sunda çıxış edən azərbaycanlı hücumçu Rüfət Dadaşovun işləri yolunda gedir.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Dirk Kunert çempionatın bombardirindən razıdır. Çalışdırıcı 32 yaşlı forvarddan çox şey gözlədiklərini söyləyib: “Rüfət Dadaşov çalışqan oyunçudur, qolçu kimi inanılmaz zərbələrə malikdir. Əvvəllər iki liderlə oynayırdıq, ancaq indi Rüfət təkdir. Bizim çox yaxşı iki cinah oyunçumuz var. Hücuma çıxanda pleymeyker də onlara qoşulur. Hazırda hücum gücümüz bir neçə çiyin üzərinə yayılıb. Yenə də Dadaşov öz işini görür”.
Qeyd edək ki, Rüfət Dadaşov hazırda 14 qolla Şimal-Şərqi Regional Liqasında bombardirlər yarışına başçılıq edir.