Ölkə futbolu
Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev komandanın transfer planlarından danışıb.
Futbolinfo.az-a açıqlama verən çalışdırıcı bir neçə əcnəbi futbolçunu izlədiklərini bildirib: “İzlədiyimiz əcnəbi futbolçular var. Hələ ki, sadəcə baxırıq. Heç bir futbolçuya rəsmi təklif göndərməmişik”.
Qeyd edək ki, “Qəbələ” ötən mövsümün sonunda bir çox futbolçusu ilə yollarını ayırıb. Əyalət klubu əvəzində “Səbail”dən ayrılan Ürfan Abbasovla Məqsəd İsayevi heyətinə qatıb.