Dünya futbolu
“Bayern” Mukieleni Almaniyaya qaytarır
“Bayern” PSJ-dən Nordi Mukieleni transfer etmək istəyir. Münhenlilər Fransa klubuna rəsmi təklif göndərib.
Futbolinfo.az xəbər verir ki, Almaniya çempionu oyunçunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Amma anlaşmaya 25 milyon avroluq satınalma bəndi də salınacaq. “Bayern” istədiyi halda yayda oyunçunu birdəfəlik heytəinə qatacaq. Parislilər hazırda klub daxilində bu bəndi müzakirə edir.
26 yaşlı Konqo əsilli sağ cinah müdafiəçisi 4 il Almaniyada oynayıb. “Leypsiq” 2022-ci ilin yayında onu 12 milyon avroya PSJ-yə satmışdı.