Dünya futbolu
“Bayern”in qış planı
“Bayern”in idman direktoru Hasan Salihamidziç qış transfer dönəmi barədə danışıb. O, münhenlilərin planlarından bəhs edib.
Futbolinfo.az xəbər verir ki, klub rəsmisi bu dövrdə transferlərə böyük önəm verməyin tərəfdarı deyil: “Qış transfer dönəminin heyranı deyiləm. Amma Dünya Çempionatına görə yaranan fasilədə çox şey oldu, heç nəyi diqqətdən qaçıra bilmərik. Komanda heç nə lazımdırsa, edəcəyik, bütün mümkün variantları dəyəlnədirəcəyik. Bu, xüsusilə qapıçı mövqeyi ilə bağlıdır. Ancaq problemimiz təkcə “çərçivə”ylə bağlı deyil. Tələsmədən işləməliyik”.
Fasilə dönəmində ayağını sındıran Manuel Noyerin yerini doldurmaq üçün qapıçı tapmağa məcbur olan Salihamidziç, digər zədəli Lukas Hernandeslə bağlı da danışıb: “Onu mövsümün sonuna kimi itirsək də, bizimlə qalmasında maraqlıyıq. Ona görə də müqavilə müddətini uzatmaq üçün danışırıq, müzakirələrin gedişindən razıyam. Fransalı müdafiəçinin gələcəyi “Bayern”ə bağlıdır, burada xoşbəxtdir. Ümumiyyətlə, azarkeşlərin üzünü güldürmək üçün nə lazımdırsa, edəcəyik”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…