Dünya futbolu
Bekkenbauerin səhhət problemi
Almaniya milli komandasının keçmiş kapitanı Frants Bekkenbauerin vəziyyəti barədə qardaşı Valter məlumat verib.
“Frantsın sağlamlığının yerində olduğunu söyləsəm, yalan danışmış olaram. Hər şey heç də yaxşı deyil. Vəziyyət pisdir”, – deyə Valter bildirib.
Bir müddət əvvəl Almaniya millisinini digər bir sabiq ulduzu Lotar Matteus da Bekkenbauerin səhhətində problem olduğunu açıqlamışdı.
Xatırladaq ki, Frants 3 dəfə Çempionlar kubokunu, 5 dəfə Almaniya çempionluğunu, 1 dəfə dünya və Avropa çempionatını qazanıb. O, iki dəfə “Qızıl top”a layiq görülüb. Baş məşqçi kimi Almaniya millisini 1990-cı ildə dünya çempionu edib. Həmçinin, Fransa və Almaniya çempionatlarını qazanıb.