Premyer-liqa
“Belə olacağını gözləmirdik” – Elmar Baxşıyev
Misli Premyer Liqasının 1-ci turunun “Sabah” – “Qəbələ” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Komanda şəklində çox zəif oynadıq. Belə olacağını gözləmirdik. Amma birinci turdur. Bu görüşü düzgün analiz etməli və qarşıdakı matçlara hazırlaşmalıyıq. Səfərdən sonra bərpa olunmaq ağırdır. Düşünürəm ki, bu da futbolçulara təsir edir. Keçirdiyimiz ən zəif oyun idi. Toplanışda da komandada dinamika görürdüm. Bu gün çox yorğun idilər. Getdikcə meydanda daha yaxşı komanda görəcəyik. Məğlubiyyət qaçılmazdır. Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq ki futbolçuları qarşıdakı matçlara hazırlayaq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar