Dünya futbolu
Bellingemin əvəzinə Kudus
Dortmund “Borussiya”sı Cud Bellingemə əvəzləyici axtarır. Almanlar böyük klubların maraq dairəsində olan və satılması şübhə doğurmayan yarımmüdafiəçi üçün xələf tapmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, “Real”, Liverpul” və s. klublar İngiltərə millisinin üzvü ilə yaxından maraqlanır. Yanvarda olmasa da, yayda Bellingemin Dortmundu tərk edəcəyi dəqiqdir. “Borussiya” da futbolçunu satmağın əleyhinə deyil.
Cudu əvəz etməyə əsas namizəd Məhəmməd Kudusdur. Dortmundlular “Ayaks”la 2025-ci ilin yayına kimi müqaviləsi olan 22 yaşlı qanalını transfer etmək üçün hərəkətə keçib. İlkin danışıqlar reallaşıb, Bellingemin satışı reallaşan kimi əldə olunan vəsaitin bir hissəsi Kudusun alışına yönəldiləcək.
“Borussiya” futbolçunu “Arsenal” və “Nyukasl”ın da istədiyini bildiyi üçün tələsmək istəyir. Ola bilər ki, tezliklə ilkin anlaşma imzalansın.