Dünya futbolu
Belottinin yeni komandası bəlli oldu
Bu yay İtaliyanın “Torino” klubundan azad agent kimi ayrılan Andrea Belottinin yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 1+2 illik müqaviləyə imza atıb. O, paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.
Belotti 2015-ci ildən “Torino”da forma geyinirdi. İtaliyalı hücumçu bu komandada 251 oyuna çıxıb, 113 qol vurub. Belotti İtaliya yığmasında da 44 oyun keçirib, 12 qolla yadda qalıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”