Dünya futbolu
“Benfika” daha bir istedad tapdı
“Benfika” heyətini yeni istedadla gücləndirir. Portuqaliya klubu Canluka Prestianni ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu artıq Lissabona gəlib. O, tibbi müayinədən keçdikdən sonra ilkin anlaşma əldə ediləcək. Rəsmi müqavilənin isə yalnız yanvarın 31-də imzalanması mümkündür. Məhz həmin gün hücumçunun 18 yaşı tamam olacaq.
“Veles Sarsfild” yetirməsi üçün 10 milyon avro tələb edir. Bu iin sonunadək kluba məxsus olan oyunçunun başqa müştəriləri də var. Amma “Benfika” işi tez bitirməyi bacarıb.