Dünya futbolu
“Benfika” “Liverpul”a “yox” dedi
“Benfika” “Liverpul”un rəsmi təklifini geri çevirdi. Entso Fernandesi sıralarına qatmaq istəyən mersisaydlılar düşündükdən sonra növbəti cəhdini edəcək.
Futbolinfo.az xəbər verir ki, mundialdan öncə bu yarımmüdafiəçinin qiyməti 60 milyon avro idi. Amma Entso Argentina yığmasının çempionluğunda böyük rol oynadıqdan sonra lissabonlular onun ikiqat dəyər qazandığını düşünür. Elə olmasaydı, ingilislərin 87 milyon funt-sterlinqlik təklifindən imtina etməzdilər. “Benfika” 105 milyon funt-sterlinq tələb etdiyindən Premyer Liqa təmsilçisi düşünmək üçün vaxt istəyib.
“Liverpul” daha öncə Dortmund “Borussiya”sına Cud Bellingem üçün 100 milyon avro təklif etmiş, rədd cavabı almışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?