Ölkə futbolu
Benzia maskada məşq edir
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia maskada məşq edir. “Kəpəz”lə çempionat oyununda qapıçı ilə toqquşmadan sonra xəsarət alan legioner bu səbəbdən “Sabah”a qarşı kubokun ilk 1/4 final matçını buraxmışdı.
Futbolinfo.az xəbər verir ki, onun “Braqa” ilə Avropa Liqasının pley-off matçlarınadək sıraya qayıtması gözlənilir. Üzündə xırda sümüklər sınan Əlcəzair əsilli fransalı böyük xəsarətdən yan keçə bilib.
Komandanın baş məşqçisi Qurban Qurbanov Benzianın daha ciddi zədədən qurtulmasına sevindiyini deyib. Bununla belə, o, bir müddət qoruyucu maskadan istifadə etməli olacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var