Dünya futbolu
“Beşiktaş” rəsmisi “Futbolinfo”ya danışdı: “Azərbaycana gələcəyimiz dəqiq deyil”
“Beşiktaş”ın Türkiyədəki zəlzələ qurbanlarına yardım üçün xeyriyyə matçları keçirəcəyini və bu oyunlardan birinin Azərbaycanda baş tutacağını xəbər vermişdik. Bu barədə qardaş ölkənin “Sabah” nəşri məlumat yaymışdı.
Futbolinfo.az xəbəri dəqiqləşdirmək, eyni zamanda “Beşiktaş”ın kiminlə oynamaq istədiyini öyrənmək üçün İstanbul klubun mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğanla əlaqə saxladı. O isə məsələnin dəqiqləşmədiyini bildirdi: “Hələ ki, rəqiblər və ölkələr tam bəlli deyil. Düzdür, Azərbaycanda siyahıda var. Amma ora gələcəyimiz dəqiq deyil. Başqa ölkələr də ola bilər. Rəqib klubları seçəcəyik”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı